Bura antik qəbiristanlıqdır. Burda torpaq, daş qutu - katakomba, küp və təknə qəbirləri, tunc dövrünə aid kurqanlar mövcuddur.

Bu qəbiristanlıqda “Uçuq pir” adlanan 9-cu əsrə aid türbə də var. Tikili 8-ci əsrdə Ərəblər Azərbaycana gəldikdən sonra inşa edilib.

TEZADLAR.AZ xəbər verir ki,hazırda türbənin üç bürcündən yalnız biri salamat qalıb. Yerli tarixçilərin dediyinə görə, qəbiristanlıqda ilkin müsəlman dövrlərinə aid nəhəng sal qayalardan salınmış və sonradan dağıdılan baş daşları mövcud olub. Kurqanlardan qazıntı zamanı tapılan əşyalar - toxucu dəzgahı, şərab çəlləkləri, küplər, müxtəlif dulusçuluq materialları və silah növləri yüksək inkişaf etmiş sənətkarlıqdan, maldarlıq, üzümçülük və taxılçılıqdan xəbər verir.

 Hacıqabul rayonunda yerləşən bu ərazidə aparılan qazıntılar zamanı tapılan əşyalar rayonun Tarix-Diyarşünaslıq Muzeyinə verilib.

 Kəndin ərazisində yerləşən Ləngəbiz dağ silsiləsinin bir hissəsində isə siklopik tikili olan Güngörməz qalasının qalıqları yerləşir. Qala 70 hektara qədər ərazini əhatə edir.

 Qalanın ətrafında yerləşən kurqanlarda Xəzər, Alan və Hun türk tayfa başçılarının qəbirləri var.

Azərbaycan arxeologiya və etnoqrafiya institutu tərəfindən burda sovet dövrünün sonlarında arxeoloji qazıntılar aparılıb. Arxeoloqların qənaətinə görə, bura Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir və qalanın tarixi Eneolit dövrünə, eramızdan əvvəl 3-cü minilliyə gedib çıxır. Yəni, bu yaşayış məskəninin 5 min il yaşı var.

 Qalanın qərb tərəfi sıldırım qayalıqlarla əhatələnib. Digər istiqamətlərdə enli qala divarları çəkilib. Daşdan tikilmiş qala divarlarının eni 3 m-dir.

İnsanların Güngörməz qalasına sığınmasının əsas səbəblərindən biri də düşməndən qorunmaq üçün çox əlverişli şəraitə malik olmasıdır.

 Zəngin keçmişimizə yenidən işıq salmaq üçün bu qalanın həm tədqiq olunmasına, həm də qorunmasına böyük ehtiyac var. Tarixçi deyir ki, Udulu ərazisi həm qədim yaşayış məskəni və həm də palçıq vulkanları ilə zəngin olduğundan bura turist də cəlb etmək olar.

apa

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN