Marneuli meriyası 2023-cü il büdcəsində dini və tarixi abidələr üçün ümumilikdə 420 000 lari vəsait ayırıb.

Tezadlar.az xəbər verir ki, yerli özünüidarə Marneuli və Hucabi Yeparxiyasına 400 000 lari, məscid və digər dini müəssisələrin kommunal xərcləri üçün isə 20 000 lari vəsait nəzərdə tutub. Kommunal xərclərin ödənilməsi isə aşağıdakı qaydada həyata keçiriləcək: Marneuli şəhərində yerləşən kilsə-monatsır və məscidlər – 300 lariyə qədər; Kənddə yerləşən və təbii qaz çəkilməmiş kilsə-monatsır və məscidlər – 100 lariyə qədər; Kənddə yerləşən və təbii qaz çəkilmiş kilsə-monatsır və məscidlər – 50 lariyə qədər.

Məlumat üçün bildirək ki, ictimai fəal Samirə Bayramova və Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədovun şikayəti əsasında, Bolnisi Rayon Məhkəməsi 2022-ci ilin 1 iyulunda Marneuli büdcəsindən dini təşkilatlara pul ayrılmasını diskriminasiya kimi qiymətləndirmişdi. Marneuli yerli özünüidarəsi Bolnisi Rayon Məhkəməsinin qərarını Apelyasiya Məhkməsinə şikayət etmişdi. 8 dekabr tarixində isə Tbilisi Apelyasiya Məhkəməsinin hakimi Leila Mamulaşvili Bolnisi Rayon Məhkəməsinin Marneuli büdcəsindən dini təşkilatların maliyyələşdirilməsi məsələsi ilə bağlı qərarını ləğv edib.

24News.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN