Rusiya Federasiyasının yenilənmiş xarici siyasət konsepsiyasında Qərbin beynəlxalq həyatda dominantlığına son qoyulması zərurətinə diqqət yetiriləcək.

Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasındakı çıxışında bildirib.

“Bizim yenilənmiş xarici siyasət konsepsiyamızda söhbət Qərbin beynəlxalq həyatın çərçivəsinin formalaşmasında inhisarına son qoymağın zəruriliyindən gedəcək ki, bu da bütün dövlətlərin suveren bərabərliyi prinsipini təsbit edən BMT Nizamnaməsinin tələb etdiyi kimi - bundan sonra onun eqoist maraqlarına uyğun deyil, ədalətli, universal balans əsasında müəyyən edilməlidir", -deyib.

Lavrovun sözlərinə görə, Qərb birqütblü dünya nizamı arzusu ilə ölkələrin suveren bərabərliyi prinsipini kobud şəkildə pozur.

O, vurğulayıb ki, “Birləşmiş Ştatlar və onun müttəfiqləri neokolonial (iqtisadi ekspansiya, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrin iqtisadi, sosial, siyasi və mədəni işlərinə qarışması-red), birqütblü dünya düzənini dirçəltmək, yeni dünya mərkəzlərinin formalaşması və yüksəlişinin obyektiv prosesinə müdaxilə etmək üçün manyak bir istəklə məşğuldurlar".

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN