Özbəkistanda məhkumların cəza çəkdiyi müddətdə gördüyü işlər əmək stajına daxil ediləcək.

Belə ki, ölkədə məhkumların cəza çəkdiyi müddətdə iş stajına hesablanmasını nəzərdə tutan qanun imzalanıb. Həmçinin Cinayət Məcəlləsində məhkumlara qarşı işgəncənin tətbiqinin qarşısının alınması ilə bağlı normalar və onların islah yoluna düşməsini şərtləndirən meyarlar öz əksini tapıb.

Xatırladaq ki, fevralın 15-də Özbəkistan prezidenti Özbəkistan qanunvericiliyinə məhkumların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş əlavələr edilməsi haqqında qanun imzalayıb. Sənəd fevralın 16-da “Narodnoye slovo” qəzetində dərc olunub və elə bü gündən də qüvvəyə minib.

 Onun preambulasında deyilir ki, “penitensiar təcrübənin təhlili və ictimaiyyətlə birbaşa dialoqun nəticələri məhkumların hüquq və azadlıqlarının təminatlarının gücləndirilməsinin zəruriliyini göstərir”.

Sənədə “Vətəndaşların dövlət pensiya təminatı haqqında” qanuna azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin ümumi iş stajına, həbsdə olan müddətdəki iş dövrünün də daxil edilməsini nəzərdə tutan əlavə edilib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN