Moldova parlamentinin deputatları birinci oxunuşda səsvermə zamanı “Moldova dili” adından imtina layihəsinə görə əlbəyaxa olublar.

Bu barədə “Newsmaker” xəbər yayıb.

Hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) layihəsi “Moldova dili” adının “rumın dili”nə dəyişdirilməsini nəzərdə tutur.

Qanun layihəsinin təqdimatı zamanı zalı tərk etmiş kommunistlərin və sosialistlərin deputatları referendum və növbədənkənar seçkilərin keçirilməsini tələb edən plakatlarla tribunaya çıxıblar. Plakatların birində "Moldova. Moldoveni. Moldovenesc" yazıblar.

Parlament çoxluğundan olan deputatlardan biri onların yanına sıçrayaraq “sosialistin” plakatını qoparıb və bundan sonra dava düşüb. PAS deputatı layihənin təqdimatını davam etdirməyə çalışsa da, kommunist deputat mikrofonu götürərək “Moldova, Moldova” qışqırmağa başlayıb. Sonra mikrofon söndürülüb...

Qeyd edək ki, martın 2-də Moldova Parlamenti dil qanununu birinci oxunuşda qəbul edib. Qanun layihəsinə əsasən, Moldova Konstitusiyasında “Moldova dili” ifadəsi “rumın dili” ilə dəyişdiriləcək.

Lakin həmin sənəd hələ Konstitusiya Məhkəməsinə yönləndirilib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN