Biz Gürcüstandakı təxribatları yaxından izləyirik, “xarici agentlər haqqında” qanunun təşəbbüskarı hakimiyyət özüdür və Rusiyanın bununla heç bir əlaqəsi yoxdur.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Mətbuat katibi əlavə edib ki, Rusiya Gürcüstan rəhbərliyinin qərarlarından xəbərdardır və vəziyyəti böyük narahatlıqla izləyir.

Peskov Rusiyanın Gürcüstanın xarici agentlər haqqında qanunu ilə “nə mahiyyətcə, nə də formaca” heç bir əlaqəsi olmadığını bildirib və Gürcüstan parlamentinin qəbul etməyi planlaşdırdığı qanunun Amerika qanununa bənzədiyini vurğulayıb...

Xatırladaq ki, bir neçə gün öncə Gürcüstanda müxalifət nümayəndələri, ictimai fəallar... parlamentdə "xarici təsir agenti" adlı qanun layihəsinin müzakirəsinə etiraz edərək, parlament binası qarşısında mitinq təşkil etdilər. Mitinqə qatılanlar “Rusiya hökumətinə lənət olsun!” "Gürcü arzusu deyil, rus arzusudur" kimi şüarlar səsləndirirdilər.... Aksiyalar zamanı həbs edilənlər də oldu, xəsarət alanlar da (50 nəfəri polis olmaqla). Etirazlar öz işini gördü: həmin qanun layihəsi müzakirəyə çıxarılmadı, həmçinin həbs edilənlər də azad edildi.

Daha sonra “Gürcü arzusu” Siyasi Şurası, “Xalqın gücü” və parlament çoxluğu birgə bəyanat yaydılar. Bəyanatda “Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək ictimaiyyətin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə saxta “Rusiya qanunu” damğası vuruldu və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə Avropa kursundan uzaqlaşma kimi təqdim olundu”,- deyə bildirilirdi.

 Qeyd edək ki, Bloomberg-ə müsahibəsində Gürcüstan Prezidenti Salome Zurabişvili də hökuməti son hadisələrə görə tənqid edib.

O, diqqətə çatdırıb ki, “Gürcü arzusu” Gürcüstan parlamentində çoxluq təşkil etdiyi üçün onlar düşünürlər ki,  təklif etdikləri hər şeyi həyata keçirə bilərlər və heç kim buna, hətta prezidentin vetosu da qarşı çıxa bilməz.

Lakin o, son günlər baş verənləri sitat gətirərək bildirib ki, “ xalq nəyinsə ətrafında birləşsə, hətta parlament çoxluğuna da qalib gələ bilər”.

Onun sözlərinə görə, hökumətin mövqeyi son vaxtlar getdikcə qeyri-müəyyənləşir, çünki onlar konstitusiyaya Avropa inteqrasiyasını, Avro-Atlantika prosesini daxil ediblər, elan ediblər ki, 2024-cü ildə namizədlik üçün müraciət etməliyik, lakin birdən əks istiqamətdə addım atırlar...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN