Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılır

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış Saziş müzakirə olundu.

Bunu iqtisadşı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

O, diqqətə çatdırıb ki, yeni Saziş qüvvəyə mindikdən sonra Türk dövlətləri arasında sadələşidirilmiş gömrük dəhlizinin yaradılacaq.

“Dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarının mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur”, -deyə millət vəkili  açıqlayıb.

  Onun sözlərinə görə, Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq Pilot Layihə icra olunacaq və layihə dəhlizin praktiki reallaşdırılmasını təmin etməsinə xidmət edəcək.

Millət vəkili xatırladəb ki, 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasındakı ticarət dövriyyəsi 6.0 milyard dollardan çox olub.

Həmçinin vurğulayıb ki, son illər tərəflər arasındakı iqtisadi və ticarət əlaqələrdə ciddi inkişaf müşahidə olunur.

“1.2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. 21-ci əsr Türk əsridir”,- deyə millət vəkili əlavə edib.

 

JASMIN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN