Böyük bir qrupdan ibarət  yaşlı isveçrəli qadınların  iddiasına Avropa İnsan Haqları Məhkəməsində  (AİHM) baxılacaq.

Bu barədə İsveçrənin SRF teleradio şirkəti məlumat yayıb.

Strasburqdakı "Yaşlı qadınlar iqlim tərəfdarıdır" mənasını verən məhkəmə iddiasını KlimaSeniorinnen təşkilatı qaldırıb. Buraya İsveçrənin 2000-dən çox sakini daxildir. İştirakçıların ortalama yaşı 73-dür.

Yaşlı qadınlar hökumətin onların insan hüquqlarını pozduğunu iddia edirlər, çünki İsveçrə Paris İqlim Müqaviləsi çərçivəsində müəyyən etdiyi iqlim hədəflərini yerinə yetirmir. Beləliklə, qadınların fikrincə, İsveçrə onların sağlamlığı üçün təhlükənin qarşısını almaq üçün çox az şey edir.

İddiaçılar İsveçrənin qeyri-adekvat iqlim siyasəti səbəbindən  getdikcə tez-tez intensiv isti dalğalar baş verdiyini və bu səbəbindən yaşlı qadınların xəstələndiklərini, yaxud öldüklərini daha çox olduğunu iddia edirlər.

Qeyd edək ki, İsveçrə məhkəmə sistemində altı illik mübarizədən və ölkənin ən yüksək məhkəməsində məğlubiyyətdən sonra qadınlar işi Strasburqda AİHM-ə aparıblar.

İsveçrə iqlim dəyişikliyinin sağlamlığa təsir edə biləcəyini inkar etmir, lakin o tullantıların yaşlı qadınların sağlamlığı ilə xüsusi olaraq əlaqəli ola bilməyəcəyini iddia edir.

Hökumətin tərəfini tutan İsveçrə məhkəmələri, rəsmilərin Paris iqlim hədəflərinə çatmaq üçün hələ vaxtının olduğunu və iqlim fəallarının İsveçrənin iqlim siyasətinə təsir göstərmək üçün siyasi gücə malik olduğu barədə qərar veriblər.

Xatırladaq ki, İsveçrə ümumi ərazisi 41,285 kvadrat kilometr təşkil edən, Avropanın mərkəzində yerləşən federal demokratik dövlətdir.

İkinci Dünya Müharibəsinin sonundan indiyədək İsveçrənin əhalisi iki dəfə artıb və hazırda 9 milyon nəfərdir.  İsveçrə hazırda Avropada yeganə neytral ölkə hesab olunur.

İsveçrə dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri hesab olunur. Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən, İsveçrə adambaşına düşən zənginlik səviyyəsinə görə ilk yerdədir, adambaşına düşən ÜDM həcminə görə isə ikinci yerdədir (2020 –ci ildə bu göstərici 86 850 ABŞ dollarına bərabər olub. “World Happiness Report”un bu ilki xoşbəxt ölkələrin siyahısında da İsveçrə ilk onluğa düşərək səkkizinci olub.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN