Rusiyanın Ukrayna ilə genişmiqyaslı müharibədə itkiləri açıqlanıb.

Sky News-in verdiyi məlumata görə, bu barədə çərşənbə günü Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Ukraynadakı müharibəni şərh edən britaniyalı nazir qeyd edib ki, rus qoşunları son vaxtlar “demək olar ki, heç bir irəliləyiş əldə etmir” və “böyük itkilər verir”.

"Rusiya qüvvələrinin hazırda əməliyyatlarında həqiqətən əhəmiyyətli və dərin sistem problemləri var. Mənim gördüyüm ABŞ-ın son hesablamalarına görə, ölən və yaralananların sayı 220 000-dən çox olub", - deyə o əlavə edib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.

Artıq 1 ildən çoxdur ki, Ukraynada qan tökülür, ölkə xarabazarlığa çevrilir... Müharibənin nə zaman bitəcəyi isə məlum deyil...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN