Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının Şurasının parlament palataları rəhbərlərinin iştirakı ilə 55-ci plenar iclası keçirilib. 

Qazaxıstanı KİV-nin məlumatına görə, Qazaxıstan Resbublikasını Senatın sədri Maulen Aşimbayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

 Maulen Aşımbayev çıxışı zamanı ilk növbədə, beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi üçün regionun ali məktəblərində MDB ölkələrinin dillərinin tədrisinin gücləndirilməsinin vacib olduğunu qeyd edib.

 “Ümumiyyətlə qəbul edilir ki, dil bilikləri beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır. Təəssüf ki, biz həmişə MDB ölkələrinin dillərinin tədrisinə lazımi diqqət yetirmirik. Moskva Dövlət Linqvistik Universitetində Birlik ölkələrinin dillərinin tədris olunduğu unikal MDB və yaxın xarici ölkələrin dilləri və mədəniyyətləri kafedrası var. Biz də öz tərəfimizdən qazax dilinin tədrisində bu kafedraya lazımi köməklik göstərməyə hazırıq. Düşünürəm ki, digər ixtisaslaşdırılmış ali məktəblərdə də belə kafedraların açılması məsələsinə baxmaq olardı”, - deyə Maulen Aşımbayev bildirib.

Bununla əlaqədar, Senatın sədri MDB ölkələrinin dillərinin universitetlərdə tədrisinin gücləndirilməsi üçün praktiki addımların müəyyən edilməsi məqsədilə MDB PA-nın himayəsi altında alimlərin, ekspertlərin və dövlət orqanlarının nümayəndələrinin cəlb edilməsi ilə konfrans keçirilməsini də  təklif edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN