Qazaxıstan və Əfqanısta iqtisadi əlaqələri intensivləşdirməyi planlaşdırır.

Bu məqsədlə Əfqanıstanın Herat şəhərində Qazaxıstanın ticarət evi açılacaq.

Məlumatı Qazaxıstan Respublikası hökumətinin mətbuat xidməti yayıb.

Bu barədə Qazaxıstan Respublikasının baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarinin iştirak etdiyi Kabildə Qazaxıstan-Əfqanıstan biznes forumu zamanı məlum olub.

“Ticarət evinin əsas vəzifələri iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin təşviqi və intensivləşdirilməsi, Qazaxıstan və Əfqanıstan arasında ticarət dövriyyəsinin artırılması, regional ticarət-iqtisadi, telekommunikasiya, nəqliyyat və logistika əlaqələrinin inkişafı, Əfqanıstanın tranzit və sərhəd potensialından istifadə etməklə region ölkələri ilə ticarət üçün, Qazaxıstan iqtisadiyyatına investisiya cəlb etməkdir,”- Qazaxıstan Respublikası Baş nazirinin saytında bildirilir.

Ticarət evinin əsas ofisi Heratda yerləşəcək.

 Qeyd edək ki, hazırda Əfqanıstanda hakimiyyəti "Taliban" ələ keçirib.

Belə ki, 15 avqust 2021-ci ildə "Taliban" hərəkarçıları Əfqanısatn İslam Respublikasını süquta uğratmış, prezident Əşrəf Qani ölkədən qaçmış və hakimiyyəti onlara vermişdir. Yerinə Əfqanıstan İslam Əmirliyi qurulmuşdur. 

Xatırladaq ki, ilk dəfə 1996-cı ildə Əfqanıstan ərazisinin böyük bir  hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə dövlət 5 ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejimin idarəçiliyinə keçdi. Həmin dövrdə də ölkəni “şəriət qanunları” ilə idarə edən taliblər ağlasığmaz qadağaları və "qanunları" ilə yaddaşlarda qaldı...

 Bu “qanunlardan” əsas zərər görən - dəhşətli günlər, illər yaşayan isə əfqan qadınları oldu.

İkinci dəfə hakimiyyətə gəldikdən sonra da qadınların qara günləri başladı, halbuki onların hüquqlarının tanınacağı – təhsil və iş problemlərinin olmayacağı barədə söz verilmişdi.

İndi yenə də əfqan qadınlarının, ümumilikdə Əfqanıstanın gələcək taleyi sual altındadır...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN