“Biz hamımız şəhər sakinlərinin öz küçələrinə, evlərinə etinasız davranması problemi ilə üzləşirik”.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev akimlərdən yaşadıqları qəsəbələri piyada gəzməyi tələb edib.

Bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.

 “Etiraf etməliyəm ki, şəhərlərimiz yaxşı görünmür. Uşaq meydançaları təchiz olunmayıb, evlər bərbad vəziyyətdədir. Çox kiçik büdcələrlə xaricdəki, xüsusən Şərqi Avropadakı, Balkanlardakı şəhərlər çox layiqli görünür.

 Görünür, bu, bələdiyyə orqanlarının işidir, amma digər tərəfdən, şəhərlilərin özlərinin yaşayış yerinə münasibəti belədir. Biz hamımız şəhər sakinlərinin öz küçələrinə, evlərinə etinasız davranması problemi ilə üzləşirik. Bu isə ölkəmizin imicini və reputasiyasını pisləşdirməyə xidmət edir. Yeri gəlmişkən, bu, paytaxtda da baş verir”, - Tokayev vurğulayıb.

 Dövlət başçısı  “Hələ ki, şəhərlərimiz pis görünür, bunu etiraf etmək lazımdır”, - diqqətə çatdırıb.

O, “ Burada bütün səviyyəli akimlər  (şəhər və rayon RİH başçıları -red) var. Məsləhət nümayəndələri. Fikir verin. Bu yaxınlarda televiziyada Semeydəki oyun meydançası haqqında süjet göstərdilər. Sadəcə bu meydançadan istifadə etmək təhlükəlidir. Akimlər öz şəhər və qəsəbələrini gəzməlidirlər. Bu, paytaxta da aiddir”, - deyə Tokayev  başçılardan tələb edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN