İyulun 10-u səhərdən 11-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, iyulun 10-da bəzi yerlərdə arabir 23-25 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, iyulun 8-də günün ikinci yarısından 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Əsasən Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Balakən-Şəki bölgələrinin bəzi yerlərində yağıntıların leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

İyulun 11-dək bəzi yerlərdə şərq küləyinin sürətinin arabir saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-25 metrədək güclənəcəyi ehtimal edilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN