Qazaxıstan banklarında yığılıb qalmış rubl yanvar ayına qədər Rusiyaya ixrac ediləcək.

Bu barədə respublikanın Nazirlər Kabineti qərar verib.

 "Qazaxıstan Respublikasının ikinci dərəcəli banklarına Rusiya rublunun nağd şəkildə Qazaxıstan Respublikasından çıxarılmasına icazə verilsin. Bu qərar imzalandığı gündən qüvvəyə minir və 2024-cü il yanvarın 1-dək qüvvədədir", - hökumətin qərarında deyilir.

 Beləliklə, respublikanın bankları nağd rublu nağdsız formada köçürə və xarici banklarda öz müxbir hesablarını doldura biləcəklər.

Xatırladaq ki,  2022-ci ilin martından Qazaxıstanda məhdudiyyət qüvvəyə minib - 10 min dollardan çox olmayan məbləğdə xarici valyutanın ixracı mümkündür. Bu, məzənnənin qalxması fonunda tətbiq edilib. Bu limitə görə, respublika daxilində tələbat olmayan kredit təşkilatlarında rubl müntəzəm olaraq toplanır.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN