2024-cü ildən Özbəkistanın turoperatorları turist axınının aşağı səviyyədə olduğu ölkələr siyahısından hər turist üçün 100 dollara qədər subsidiyalar alacaqlar.

Səmərqənd, Buxara və Urgençə çarter reyslərinin dəyərinin bir hissəsini də dövlət kompensasiya edəcək. Düşərgələrin və safari turizminin təşkilatçılarının isə vergiləri azaldılacaq.

Belə ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev iyulun 27-də imzaladığı fərmanla turizm sektorunun dəstəklənməsi üzrə yeni tədbirlər paketini təsdiqləyib.

Sənədə əsasən, 2024-cü il yanvarın 1-dən Özbəkistana turist axınının az olduğu ölkələr siyahısından hər bir xarici turist üçün turoperatorlara 20 dollardan 100 dollara qədər ödəniş ediləcək.

Səmərqənd, Buxara və Urgençə çarter reyslərini stimullaşdırmaq üçün dövlət, həmçinin turoperatorların və aviaşirkətlərin xərclərinin bir hissəsini də kompensasiya edəcək. Əcnəbi şəxsin Özbəkistanda ən azı beş gecə qalması şərti ilə hər bir əcnəbi turist üçün bərabər paylarda 20 ABŞ dolları, qış dövründə isə noyabrın 20-dən fevralın 20-dək 50 ABŞ dolları məbləğində kompensasiya ayrılacaq.

Subsidiyalar dövlət büdcəsindən və turizmə dəstək Fondundan ayrılacaq. Ölkələrin siyahısını, habelə cəlb olunacaq turistlərin sayını, subsidiyaların məbləğini və verilməsi qaydasını hazırlamaq Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyinə tapşırılıb ki, onun da nəzdində Turizm Komitəsi yaradılır.

 Qeyd edək ki, 2024-cü il yanvarın 1-dən əlilliyi olan şəxslərin səyahətləri üçün əlverişli şəraitin yaradılmasına yönəlmiş “Maneələrsiz turizm” proqramının həyata keçirilməsi tapşırılıb. Eyni zamanda, hər il “Hamıya Səyahət!” çərçivəsində Qaraqalpaqıstanda, rayonlarda və Daşkənddə 1000 nəfər əlilliyi olan şəxsin turizm potensialı yüksək olan şəhərlərə pulsuz səyahətinin təşkili planlaşdırılır. Turizm, mədəni irs, konsert və əyləncə obyektlərində, eləcə də hava limanlarında və vağzallarda onların maneəsiz hərəkəti üçün infrastrukturun yaradılması tapşırılıb.

Ekologiya Nazirliyinə, həmçinin üç il ərzində ölkənin beynəlxalq hava limanlarına tranzit uçuşların sayının kəskin artırılmasını nəzərdə tutan “Fly by Uzbekistan” proqramının hazırlanması tapşırılıb.

Ucqar ərazilərdə muxtar infrastruktura malik kempinq və safari turizminin təşkilatçıları 2026-cı il iyulun 1-dək əmlak və torpaq vergilərində 1%-ə qədər endirim əldə edəcəklər. Həmçinin, sentyabrın 1-dən onlayn ödəniş və bronlaşdırma xidmətlərini təqdim etmək üçün turagentlərin iki xarici dildə internet saytının olması tələbi də ləğv edilir.

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN