Bu gündən etibarən fiziki şəxslər ölkə hüdudlarından kənarda ay ərzində cəmi 10 min dollar məbləğində pul vəsaitini nağdlaşdıra biləcəklər – YENİ QAYDALAR BU GÜNDƏN QÜVVƏYƏ MİNİR

 ***

 Plastik kartlar ilə xaricə gedənlərin artıq yeni dəyişikliklərə diqqət etməsi lazımdır. Mərkəzi Bank "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik edib.

 Bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

 O, xatırladıb ki, ötən gündən qüvvəyə minmiş yeni qaydalara əsasən, Azərbaycanda emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min dollar ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması mümkün olacaq.

 Deputat xaricə səfər edən şəxslərin öncədən xərclərini nəzərə almalarını tövsiyə edib.

“Yəni, Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min doillardan artıq məbləği nağdılaşdırdıra bilməz. Bu, ölkə hüdudlarından kənarda kartlardan vəsaitin nağdılaşdırması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir. O baxımdan, xarici səfərlər zamanı nağd pula ehtiyacı olan vətəndaşlarımızın bu limiti öncədən nəzərə alması vacibdir”, - DEYƏ İQTİSADÇI VURĞULAYIB.

Vüqar Bayramov diqqətə çatdırıb ki, digər dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq həddlər ilə əvəzlənib.

 “Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Eyni zamanda, bu xərc vətəndaşların təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı kimi də nəzərdə tutulub”, - deyə o, izah edib.

 

 

Y.MƏMMƏDLİ

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN