Dünən axşam saatlarından etibarən Türkiyədən uça bilməyən Antalya-Yekaterinburq reysinin sərnişinləri beşulduzlu oteldə yerləşdirilib.

"Təxminən saat 01:30-a qədər hava limanında oturmuşduq. Sonra bizi başqa çıxışdan keçirdilər - yenidən pasport nəzarətindən keçmək üçün. Sonra baqajımızı aldıq və otelə transferi gözləmək üçün bayıra çıxdıq. Hava limanında ancaq su verdilər, amma hamıya çatmırdı. Oteldə gündə üç dəfə yemək verdilər", - sərnişinlərdən biri deyib.

Onun sözlərinə görə, “Red Wings” şirkəti uçuşu bir neçə dəfə - saat 21:30-dan 22.30-a, sonra isə 01:00-a təxirə salıb. Otellər turistlərə avqustun 13-də saat 10:30-da vaxt veriblər, sonra avqustun 14-də saat 02:55-də yola düşmələri barədə məlumat alıblar.

Uçuşun gecikmə səbəbi hələlik məlum deyil.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN