Qazaxıstanda ümumilikdə, cari ilin əvvəlindən 303,3 mindən çox gənc işlə təmin olunub:

Qazaxıstan Respublikası Prezidenti Kasım Jomart Tokayevin “Hər 10 min əhaliyə 100 iş yeri” təşəbbüsünün icrası zamanı - 142,9 min nəfər, milli layihələrin həyata keçirilməsində - 80,9 min nəfər, vakant iş yerləri üzrə - 79,5 min nəfər.

Bu barədə Qazaxıstan Respublikası hökumətinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısının Qazaxıstan xalqına müraciətinin icrası çərçivəsində gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində hərtərəfli işlər aparılır.

Belə ki, bu il 35,5 min gənc ictimai işlərə cəlb olunub, 18,7 min ali və orta ixtisas təhsili müəssisələri məzunu öz peşələri üzrə ilkin təcrübə qazanmaq üçün gənclər təcrübəsinə göndərilib, 6,6 min nəfər “İlk iş yeri” layihəsi çərçivəsində daimi işlə təmin olunub.

Bundan əlavə, Qazaxıstanda gənclərin sahibkarlıq təşəbbüsləri 2,5%-dən çox olmayan 5 ilədək müddətə mikrokreditlər verilməklə dəstəklənir.

Ümumilikdə, ölkədə 2023-2025-ci illər üçün 90,5 milyard tengelik 18,2 min mikrokredit verilib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN