"Avropa İttifaqının qapısı Gürcüstanın üzünə açıqdır və biz bu yolda sizə dəstək olmaq istəyirik - namizəd statusuna layiq olmaq lazımdır və düzünü desəm, bununla bağlı hələ çox iş görülməlidir".

TEZADLAR.AZ 24News.ge-yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanda səfərdə olan Avropa İttifaqının ali nümayəndəsi Cozep Borell bildirib. O deyib ki, bir neçə ay sonra Avropa İttifaqı Gürcüstanla bağlı mühüm qərar qəbul edəcək: “İlk növbədə qeyd etmək istərdim ki, Gürcüstan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. İndi sizin gələcəyiniz üçün həlledici məqamdır, çünki bir neçə həftədən sonra Avropa İttifaqı Gürcüstanla bağlı növbəti addımları nəzərdən keçirəcək, İttifaq tarixində ilk dəfə olaraq genişlənmə prosesində iştirak edən ölkə kimi Gürcüstan haqqında hesabat təqdim edəcək. Belə bir mühüm məqamda mən çox aydın olaraq demək istəyirəm: Avropa İttifaqının qapısı Gürcüstanın üzünə açıqdır və Avropa İttifaqı Gürcüstanı Aİ-yə üzvlük yolunda dəstəkləməyə sadiqdir – qapı açıqdır və biz bu yolda sizə dəstək olmaq istəyirik. Amma onu da deməliyəm ki, Aİ-yə üzvlük üçün müraciət etmək həm də ciddi öhdəlikdir. Namizəd statusu isə ölkələrin avtomatik olaraq sahib ola biləcəyi bir şey deyil. Onu ciddi islahatlar əsasında və Avropa dəyərlərinə sadiqliyinə görə qiymətləndirmək lazımdır. Düzünü desəm, bununla bağlı hələ çox iş görülməlidir". Onun sözlərinə görə, əlavə islahatlar həyata keçirmək üçün Gürcüstanın az vaxtı qalıb: "Səfər zamanı mən prezident, baş nazir, xarici işlər naziri, parlament, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəyəm. İndiyə qədər əldə etdiyimiz irəliləyişləri və hələ görülməli olan işləri nəzərdən keçirəcəyik. Gürcüstan qalan az vaxtdan lazımi islahatlar üzərində işə başlamaq üçün istifadə etməlidir", - deyə Borel vurğulayıb.

Qeyd edək ki, Avropa Komissiyası dekabrın əvvəlində Gürcüstanın həyata keçirdiyi islahatlar barədə rəy dərc edərək ölkənin namizəd statusu məsələsi barədə qərar verəcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN