Dövlət başçıları nəqliyyat, logistika və ticarət kimi sahələrdə əlaqələrin artırılması üçün perspektivli istiqamətləri müzakirə ediblər.

TEZADLAR.AZ Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxıstan Respublikasının dövlət başçısı Kasım- Jomart Tokayevin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub. 

Söhbət zamanı Prezident Kasım-Jomart Tokayev ikitərəfli münasibətlərin mütərəqqi inkişaf etdiyini, onun möhkəmlənməsinə isə iki dövlətin hökumətləri və parlamentləri səviyyəsində fəal siyasi dialoq və qarşılıqlı fəaliyyətin kömək etdiyini qeyd edib.

Həmçinin ölkələr arasında mədəni və humanitar əməkdaşlıq da dinamik inkişaf edir.

 Kasım-Jomart Tokayev Aktau - İrəvan - Aktau marşrutu üzrə uçuşların başlanmasını müsbət qiymətləndirib, hansı ki, bunun sayəsində işgüzar əlaqələr və turist səfərləri xeyli intensivləşib.

Həmsöhbətlər nəqliyyat, logistika və ticarət kimi sahələrdə əlaqələrin artırılması üçün perspektivli istiqamətləri müzakirə ediblər.

 ***

Qeyd edək ki, Qazaxıstan Respublikasının Strateji Planlaşma və İslahatlar Agentliyinin Milli Statistika Bürosunun məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında Qazaxıstan Respublikasının Aİİ ölkələri ilə ticarət dövriyyəsi 18 518,7 milyon ABŞ dolları təşkil edib ki, bu da nominal ifadədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur.

2023-cü ilin yanvar-avqust aylarında malların ixracı 7 050,4 milyon ABŞ dolları (20,5 faiz çox), idxal  isə 11 468,2 milyon ABŞ dolları (7,9 faiz az) olub.

 Qazaxıstan Respublikasının Aİİ ölkələri ilə xarici ticarət dövriyyəsinin ümumi həcmində ən böyük payı Rusiya Federasiyası təşkil edib - 91,8%, daha sonra Qırğızıstan Respublikası - 4,7%, Belarus Respublikası - 3,3% və Ermənistan Respublikası - 0,2% .

Ermənistan Respublikasının Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında Ermənistan və Qazaxıstan arasında xarici ticarət dövriyyəsi 87,2% artaraq 49,8 milyon dollar təşkil edib. Eyni zamanda,  ixrac 4,4 dəfə artaraq 35,2 milyon dollar, idxal isə 21% azalaraq 14,6 milyon dollar olub.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN