Qırğızıstan Respublikasının paytaxtında nəqliyyatdan biletsiz istifadə edilənlər 1000 som cərimələnə bilərlər...

Bişkek meriyası ictimai nəqliyyatda biletsiz gediş-gəliş üçün cərimələr tətbiq etməyi təklif edir. Bələdiyyə tərəfindən Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı xəbər yayıb.

Əsasnamədə qeyd olunur ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, sərnişin müntəzəm avtobus marşrutları üzrə hərəkət edərkən:

gediş sənədinin (biletinin) olması və onu səfərin sonuna qədər saxlamaq;

ictimai qaydalara riayət etmək;

müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, dəyəri elan edilmiş yükün (baqaj) daşınması zamanı daşıyıcının xidmətlərini ödəmək.

Qırğızıstan hökumətinin 23 sentyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının təşkili Qaydaları”nda qeyd olunur ki, sərnişin və baqajın daşınmasına görə rüsumların yığılması müxtəlif formalarda (bilet, nağd, nağdsız, elektron qaydada) təşkil edilir.

Meriya qeyd edib ki, gediş haqqının ödənilməsindən imtina və avtomobil nəqliyyatı ilə sərnişindaşımaların təşkili Qaydalarının pozulması qanun pozuntusudur. Bunları törədən şəxslər məsuliyyətə cəlb edilməlidir.

“Şəhər sərnişin nəqliyyatında gediş haqqını ödəməkdən imtinaya görə məsuliyyət nəzərdə tutan normanın olmaması maliyyə resurslarının çatışmazlığı şəklində mənfi nəticələrə səbəb olur. Bu, nəqliyyat müəssisələrinin maliyyə-təsərrüfat vəziyyətinin pisləşməsinə və nəticədə əhaliyə göstərilən xidmətin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır”, - deyə əsasnamədə qeyd olunur.

Qeyd edək ki, Qırğızıstan Respublikasının mövcud qanunvericiliyinə bələdiyyə ictimai nəqliyyatında gediş haqqının və baqajın ödənilməməsinə, habelə şəhərdaxili ictimai nəqliyyatdan istifadə qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutan müddəalar yoxdur. Meriya bunu on hesablanmış göstəriciyə (Aylıq Hesablama Göstəricisi - AHG) əsasən  -1000 som (19.07 manat) cərimə etməyi təklif edir.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN