Özbəkistanın dövlət qurumlarına büdcə vəsaiti hesabına bayram süfrələri açmaq və korporativ tədbirlər keçirmək qadağan edilib.

Özbəkistanın baş naziri Abdulla Aripov bütün dövlət təşkilatlarına büdcə və büdcədənkənar vəsaitlər hesabına Yeni il korporativ şənlikləri keçirməyi qadağan edib.

Bu, ötən həftə qarşıdan gələn bayramla bağlı keçirilən iclasda məlum olub. Məlumatı Gazeta.uz-a hökumət başçısının mətbuat katibi Bekzod Hidoyatov təsdiqləyib.

O cümlədən, baş nazir bütün dövlət təşkilatlarına, şirkətlərə, dövlət səhmləri olan banklara, o cümlədən icra hakimiyyətlərinə büdcə və büdcədənkənar vəsaitlər hesabına korporativ tədbirlər təşkil etməyi, bayram süfrələri açmağı, atəşfəşanlığı qadağan edib.

Eyni zamanda, rəhbərliyə və işçilərə öz vəsaitləri hesabına bayram tədbirlərinin keçirilməsi qadağan edilmir.

Qeyd edək ki, hökumət başçısı ötən il büdcə hesabına bayram tədbirlərinin keçirilməsini qadağan edib.

Xatırladaq ki, Özbəkistanın sabiq  ədliyyə naziri (hazırda prezidentin müşaviri) Ruslanbek Davletov bundan əvvəl qeyd edib ki, cəmiyyətin inkişafına mane olan milli adət-ənənələrdən imtina edilməlidir.

 “Bizim adət-ənənələrimiz, bəzi milli dəyərlərimiz var: biz qonaqpərvərlikdən danışırıq və s. Xalqımız hədiyyə verməyi çox sevir.

  Yeni il vaxtı hər kəs hədiyyələr daşımağa başlayır.

Bu il də eyni şeyi müşahidə etdik: Kaşkədəryadan təndir göndərilir, Xorəzmdən düyü göndərilir, bu proseslər hər yerdə başlayır”.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN