Deputat ötən gün bayraqla bağlı qanun layihəsinin səsverməsində iştirak etmədiyin açıqlayıb...

Bu gün Joqorku Keneşin iclasında deputat Arslanbek Maliev bayrağın dəyişdirilməsi ilə bağlı danışıb.

TEZADLAR.AZ 24kg-yə istinadən xəbər verir ki, o, təşəbbüsü dəstəklədiyini qeyd edib. Bununla belə, onun fikrincə, bayraq mavi rəngdə olmalıdır.

 “Dünən bayrağın dəyişdirilməsi ilə bağlı qanun layihəsi nəzərdən keçiriləndə, mən orada deyildim. Səs verə bilmədim. Mən sizin təşəbbüsünüzü dəstəkləyirəm. Amma mən mavi rəngdən danışırdım. Fərq etməz, bayrağımızın rənginin mavi olması ilə bağlı sonra təklifimi verəcəm”.

 Parlamentin spikeri Nurlanbek Şakiyev isə gülüb.

 Qeyd edək ki, ötən gün Joqorku Keneş bayrağın dəyişdirilməsi ilə bağlı qanun layihəsinə üç oxunuşda baxıb və müzakirəsiz qəbul edib. 59 deputat lehinə, 5 nəfər əleyhinə səs verib.

***

 Xatırladaq ki, bir müddət əvvəl QR-ı Joqorku Keneşin deputatı Tazabek İkramov  bayrağın dəyişdirilməsi təklifinə qarşı çıxaraq bəyan etmişdi ki, Qırğızıstan bayrağının dəyişdirilməsi milyardlarla xərc tələb edəcək.

 “7 milyon vətəndaşın pasportlarının dəyişdirilməsi, avtomobil nömrələri, möhürlər... Bunun əvəzində uşaqlar üçün xəstəxanalar, bağçalar tikmək daha yaxşıdır. Bayrağı dəyişməyə ehtiyac yoxdur. Milyarlarla somu küləyə sovurmağa ehtiyac yoxdur. Sadə adamdan tutmuş Nazirlər Kabinetinin rəhbərinə qədər, bütün vətəndaşlar vətənini sevəndə, ölkədə vəziyyət düzələcək. Təbii, yaxşı olardı bayrağı dəyişəydik və hər şey də dərhal həll olunaydı.  Amma belə ola bilməz. Xalqın problemini qaldıranda, deyirlər pul yoxdur... Mən bayrağın dəyişdirilməsinə külli miqdarda pul xərclənməsinin əleyhinəyəm”, - deyə Tazabek İkramov vurğulamışdı.

Onu da əlavə edək ki, bayraqla bağlı ölkə Prezidenti Sadır Japarov “Bayrağın dəyişdirilməsi mənim təşəbbüsümdür” demiş və niyə Qırğızıstanın bayrağını dəyişdirmək qərarına gəldiklərini də açıqlamışdı.

“İşgüzar səfərim zamanı 30-a yaxın ölkədə oldum. Xarici nümayəndələrlə görüşlərdə yəqin ki,  beş dəfə bayraqla bağlı sual verilib. Deyirlər, respublikanızın prioriteti nədir? Siz aqrar respublikasınız? Günəbaxan yetişdirib, yağ istehsal edəcəksiniz? Və mən dərhal söhbətin nədən getdiyini başa düşürəm. Mən onlara yox deyirəm və bayrağın bəzi nöqsanlarla qəbul olunduğunu izah edirəm”, - deyə Sadır Japarov qeyd edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN