Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qərb, şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbiii Sərvətlər Nazirliyindən TEZADLAR.AZ-a verilən məlumata görə, dekabrın 28-i axşamdan 29-u səhərədək hava şəraitinin yarımadanın bəzi yerlərində fasillərlə yağıntılı olacağı ehtimal olunur.
Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi yerlərdə qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 28-də ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Dekabrın 28-i səhərdən 29-u səhərədək isə əsasən şimal və şərq rayonlarında hava şəraitinin qısa müddətə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara ) intensiv olacağı ehtimalı var.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN