Növbəti görüşümüz Füzuli rayonu Əhmədallar kəndinin sakinləri ilə oldu. 

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçl-ekspert fb səhifəsində məlumat  paylaşıb.

 Vüqar Bayramov diqqətə çatdırıb ki, ona ünvanlanmış bəzi məsələlərlə bağlı dövlət qurumlarına sorğu ünvanlayacaq.

 “ Görüş zamanı 35-dən çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik.

Həmyerlilərimizin müraciətləri məşğulluq, su təminatı, əlillik dərəcəsinin alınması, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi.

Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq”, - deyə bildirib.

 Qeyd edək ki,  Vüqar Bayramov 1975-ci il 13 iyun tarixində Füzuli rayonu Aşağı Güzlək kəndində doğulub. 

Vüqar Bayramov 2020-ci il 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli seçki dairəsindən VI çağırış Milli Məclisin deputatı seçilib. Vüqar Bayramov MM-də İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvüdür.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN