Qazaxısta Respublikası Senatının spikeri Maulen Aşimbayev jurnalistlərin suallarını cavablandırarkən,

parlamentin “Müəlliflik hüququ haqqında” qanun layihəsinə baxmağa başladığı zaman Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin himnin müəllifliyindən kənarlaşdırılması perspektivindən danışıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

“Həmkarlar bu suala (keçmiş prezident Nursultan Nazarbayevi himnin müəllifliyindən xaric edilməsi ilə bağlı suala – red.) bir neçə dəfə cavab veriblər.

  Bu, yəqin ki, indi deputatların məşğul olmalı olduğu ən aktual məsələ deyil.  İslahatlarla bağlı bir çox məqsədlər var (...)  Biz qışı təhlükəsiz keçirməliyik”, - Aşımbayev bildirib.

Onun fikrincə, ölkə qarşısında daha ciddi vəzifələr durur - qışdan təhlükəsiz çıxmaq daha vacibdir.

***

Qeyd edək ki, müstəqil Qazaxıstan tarixində ölkənin dövlət himni iki dəfə - 1992-ci ildə və 2006-cı ildə təsdiq edilib.

1992-ci ildə respublika dövlət suverenliyini əldə etdikdən sonra Qazaxıstan himninin musiqisi və mətni üçün müsabiqə elan edilir. Müsabiqənin nəticələrinə əsasən, Qazax SSR himninin musiqi variantının qorunub saxlanılması qərara alınıb. Belə ki, ilk Qazaxıstan himninin musiqisinin müəllifləri Mukan Tulebayev, Yevgeni Brusilovski və Lətif Həmidi olub.

Ən yaxşı mətn müsabiqəsində məşhur şairlər Müzəfər Alimbayev, Kadır Mırzəliyev, Tumanbay Moldaqəliyev və şairə Jadyra Daribayevanın təmsil olunduğu müəlliflər komandası qalib gəlib.

Ölkənin səs rəmzlərinin populyarlaşdırılması məqsədilə 2006-cı ildə yeni dövlət himni qəbul edilmişdir.

Onun əsasını məşhur vətənpərvərlik mahnısı “Mənin Qazaxstanım” təşkil edirdi. O 1956-cı ildə Şəmşi Kaldayakov tərəfindən Jumeken Najimedenovun şeiri əsasında yazılmışdır.

Mahnıya dövlət himninin yüksək statusu verilməsi və daha təntənəli səslənməsi üçün Qazaxıstanın Birinci Prezidenti -  Nursultan Nazarbayev orijinal mətndə dəyişiklik edib.

Qazaxıstan Parlamenti palataların 2006-cı il yanvarın 6-da keçirdiyi birgə iclasında “Dövlət rəmzləri haqqında” fərmana müvafiq dəyişikliklər edib və ölkənin yeni dövlət himnini təsdiq edib.

 Qazaxıstanın Himni:

Алтын күн аспаны,
Алтын дән даласы,
Ерліктің дастаны,
Еліме қарашы!
Ежелден ер деген,
Даңқымыз шықты ғой.
Намысын бермеген,
Қазағым мықты ғой!

Қайырмасы:

Менің елім, менің елім,
Гүлің болып егілемін,
Жырың болып төгілемін, елім!
Туған жерім менің – Қазақстаным!


Ұрпаққа жол ашқан,
Кең байтақ жерім бар.
Бірлігі жарасқан,
Тәуелсіз елім бар.
Қарсы алған уақытты,
Мәңгілік досындай,
Біздің ел бақытты,
Біздің ел осындай!

Қайырмасы:

Менің елім, менің елім,
Гүлің болып егілемін,
Жырың болып төгілемін, елім!
Туған жерім менің – Қазақстаным!

 

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN