Özbəkistan Respublikasının paytaxtında Yeni il gecəsi metrodan istifadə ödənişsiz olacaq.

Belə ki, hökumətin təşəbbüsü ilə dekabrın 31-də Daşkənd metrosundan istifadə edənlər ödəniş etməyəcəklər .

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daşkənd metrosunun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl, Yeni il ərəfəsində (dekabrın 31-dən yanvarın 1-dək) ​​Daşkənd metrosunun 00:00 əvəzinə bir saat daha çox, yəni saat 1:00-a qədər işləyəcəyi barədə bildirilib.

İstirahət günlərində - dekabrın 30-da, yanvarın 1-də və 2-də qatarlar bazar qrafiki üzrə saat 5:00-dan 00:00-dək hərəkət edəcək.

“Toşşəhərtransxizmat” şirkəti bayram günlərində ictimai nəqliyyatın iş qrafikini də açıqlayıb.

https://t.me/Toshkent_metropoliteni_rasmiy/4183

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN