Men ştatı Koloradodan sonra keçmiş prezident Donald Trampa Respublikaçılar Partiyasının ilkin seçkilərində namizədliyini irəli sürməyi qadağan edən ikinci ABŞ ştatı olub.

Səbəb isə....

***

  TEZADLAR.AZ CNN-ə istinadən xəbər verir ki, Meyn hakimiyyəti keçmiş ABŞ prezidenti Donald Trampa Respublikaçılar Partiyasının praymerizlərində iştirak etməkdən imtina edib.

  Bu, prezidentliyə namizədliyin irəli sürülməsi üçün səsvermədir.

Tramp isə respublikaçıların əsas favoritidir.

Beləliklə, Men 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində keçmiş liderin səsvermədə iştirakını rəsmən qadağan edən ikinci ABŞ ştatı oldu. Ötən həftə Kolorado Ali Məhkəməsi Trampı praymerizdən kənarlaşdırmaq qərarına gəlib. Bu, ABŞ tarixində ilk dəfə məhkəmənin ABŞ Konstitusiyasına 14-cü düzəliş əsasında belə bir qərar verməsi idi. O məmurların üsyanda iştirak etdikdən sonra dövlət vəzifələrində işləməsini qadağan edir.

 Qeyd edək ki, Tramp daha əvvəl Kapitoliyə hücumda və 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etməyə cəhddə ittiham olunub.

Eks-prezident günahını etiraf etmir. Men ştatının dövlət katibi Şanna Bellouz Kolorado Ali Məhkəməsi kimi, öz qərarını Konstitusiyaya 14-cü düzəlişlə əlaqələndirib.

“Mən başa düşürəm ki, heç bir (ştatlarda) dövlət 14-cü düzəlişin 3-cü bölməsinə uyğun olaraq prezidentliyə namizədi heç vaxt seçki bülleteninə girişdən məhrum etməyib. Bununla belə, mən onu da anlayıram ki, daha əvvəl heç bir prezidentliyə namizəd də qiyamda iştirak etməyib”, - Bellouz bildirib.

 Trampın seçki kampaniyasının sözçüsü Stiven Çonq Bellozu “həddindən artıq qərəzli demokrat” adlandırıb və onu seçki prosesinə müdaxilə etməkdə ittiham edib.

O, ABŞ Ali Məhkəməsinə apellyasiya şikayəti verəcəyini vəd edib.

Ümumilikdə, 2024-cü il seçkiləri öncəsi ABŞ-ın 25-dən çox ştatında Trampın namizədliyinə etiraz edən seçici iddiaları qaldırılıb.

Lakin Minnesota və Miçiqan məhkəmələri onların iddialarını rədd edib.

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN