Son 10 gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda 160 minə yaxın sərnişinə xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrünün nəticələrindən 34,7 faiz çoxdur.

TEZADLAR.AZ xəbər verir ki, hava limanının yaydığı məlumata görə, 2022-2023-cü illərin müvafiq dövründə bu rəqəm 118 min sərnişin təşkil edib.

29 dekabr 2023-cü il - 7 yanvar 2024-cü il tarixlərində ən sıx gün 30 dekabr 2023-cü il olub. Həmin gün Bakı hava limanında 21 596 sərnişinə xidmət göstərilib, aviaşirkətlər tərəfindən isə 167 reys həyata keçirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan bayram günlərində ümumilikdə 35 aviaşirkət 72 istiqamətə uçuşlar yerinə yetirib. Ən populyar istiqamətlər İstanbul, Naxçıvan, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi, Şarja, Ankara, Sankt-Peterburq və Doha olub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN