Ermənistanın baş naziri Nikol Paşinyanın xaç övladı David Xudatyan Armavir vilayətinin qubernatoru təyin edilib.

TEZADLAR.AZ  xəbər verir ki,  bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, daha əvvəl erməni KİV-i Ermənistanın baş naziri Nikol Paşinyanın öz xaç oğlu David Xudatyanı Armavir vilayətinin qubernatoru vəzifəsinə təyin etməyi planlaşdırdığı barədə xəbər yaymışdı.

Ermənistan KİV-nin məlumatına görə, Paşinyan tərəfindən vəzifəsindən uzaqlaşdırılan Armavir vilayətinin keçmiş qubernatoru Edvard Ovannisyan baş nazirin regiona səfəri zamanı region məktəblərində yeni idman zallarının tikintisinin öhdəsindən gələ bilməməkdə günahlandırılıb. 

Həmçinin bildirilir ki, Paşinyan yerli hakimiyyət orqanlarında və hökumətdə başladığı kadr təmizləmələrini davam etdirəcək və yaxın vaxtlarda yeni istefalar da olacaq.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN