Avropa Parlamentinin (AP) xorvat üzvü Zelyana Zovkonun (Zeljana Zovko) bəzi tarixi tikililəri, o cümlədən Mostar körpüsünü Bosniya Herseqovina və Xorvatiyanın konkret tarixi mirası kimi təqdim etməsi reaksiyalara səbəb olub.

  Belçikanın paytaxtı Brüsseldəki AP-də Bosniya Herseqovina və Xorvatiyanın maddi və qeyri-maddi tarixi irsi ilə bağlı sərgi açacaqlarını bildirən Z.Zovkonun paylaşdığı broşürdə Mostar körpüsü də yer alır.

TEZADLAR.AZ xəbər verir ki,  Bosniya Herseqovinada 1992-1995-ci illər müharibəsi zamanı Mostar şəhərinin bələdiyyə sədri olmuş, hal-hazırda Mostar Sülh və Çoxmillətli Əməkdaşlıq Mərkəzinin direktoru Safet Oruceviç açıqlamasında Zelyana Zovkonun paylaşımına reaksiya göstərərək bildirib: “Mostar körpüsü Xorvatiya deyil, dünya mədəni irsidir. Mostar körpüsünün Xorvatiya mirası kimi təqdim olunması təxribatdır.

  O zamanlar mənim şəhərimdə xorvatların yeganə mədəni irsi vətəndaşlar üçün toplama düşərgələri, günahsız insanların öldürülməsi, təcavüz, Mostar körpüsünün dağıdılması, köhnə şəhərin dəyişdirilməsi və hətta bütün bunların Xorvatiya ordusunun kameralarına yazılması olub.  Mostar körpüsünün yenidən qurulmasına məhz bosniyalılar rəhbərlik edib.

  2015-ci ildə Zelyana Zovkoya verilən "Sülhün memarı" mükafatını ləğv edib geri istəyəcəyik”.

  Xatırladaq ki, 1993-cü il noyabrın 8-də Xorvatiya Müdafiə Şurasının (HVO) artilleriya bölmələri tərəfindən atılan intensiv atəşə tab gətirə bilməyən Mostar körpüsü bir gün sonra saat 10.16-da çökmüşdü. Körpünün uçması anı da Xorvatiya ordusu tərəfindən videoya çəkilmişdi.

  Türkiyənin də daxil olduğu bir sıra ölkələrin və beynəlxalq təşkilatların dəstəyi ilə yenidən ilkin vəziyyətinə qaytarılan Mostar körpüsü 2004-cü ildə möhtəşəm bir mərasimlə istifadəyə verildi.

  Köhnə Mostar şəhərinin hər iki tərəfinə uzanan Mostar körpüsü 2005-ci ildə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN