Xəbər verdiyimiz kimi, “Global Firepower” 2024-cü il üzrə dünyanın ən güclü ordularına malik ölkələrin siyahısını açıqlayıb. 

“Global Firepower-2024” hərbi güc səviyyəsinə görə ölkələrin illik reytinqində Qazaxıstan Orta Asiya respublikaları  arasında ən güclü orduya sahib olan ölkə hesab edilib. Belə ki, ölkə 58-ci yerdə qərarlaşıb.

Hərbi personalının sayı 300 min nəfərə çatan Qazaxıstan ordusunun müdafiə xərcləri 7,5 milyard ABŞ dollarıdır. Siyahıda Özbəkistan 65, Türkmənistan 83, Qırğızıstan 100, Tacikistan 107-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqdə 145 ölkənin ordusu 60 müxtəlif meyar əsasında qiymətləndirilib: hərbi hissələrin sayı, insan resursları, maliyyə vəziyyəti, texnoloji inkişaf, coğrafi yerləşmə və s. 

Xatırladaq ki, həmin siyahıda  Azərbaycan 59-cu, Ermənistan isə 102-ci yerdə qərarlaşıb.

Əvvəlki reytinq siyahısında Azərbaycan 57-ci yerdə, Qazaxıstan isə 63-cü yerdə qərarlaşmışdı.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN