Fransızlar Rusiyaya qarşı döyüşürlər?

Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Silahlı Qüvvələrinin Xarkovda aralarında fransızların da olduğu əcnəbi döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsinin dağıdılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 “Rusiya Silahlı Qüvvələri tərəfindən Xarkovda onlarla fransızın da olduğu əcnəbi döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsinin məhv edilməsi ilə əlaqədar Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”, - o, bildirib.

Qeyd edək ki, daha öncə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Rusiya Silahlı Qüvvələri əksəriyyəti fransız olan əcnəbi döyüşçülərin Xarkovda müvəqqəti yerləşdirilmə məntəqəsinə yüksək dəqiqliklə zərbə endirib. Zərbə nəticəsində 60-dan çox silahlı öldürülüb, 20-dən çoxu yaralanıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN