Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, heç kim Türkiyəni təhdidlər və riyakar oyunlarla məğlub edə bilməz.

TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, Prezident Ərdoğan bu sözləri hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bələdiyyə sədrliyinə namizəd tanıtma mərasimindəki çıxışı zamanı deyib.
Ərdoğan buradakı çıxışında uzun müddət xaos yaradaraq, terroru gücləndirərək, çevrilişə cəhd edərək, iqtisadi tələlər quraraq Türkiyəni diz çökdürmək istəyənlərin səsinin hələ də eşidildiyini bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib:"Ölkəmizin maraqlarından, xalqımızın məqsədlərindən güzəştə getməyəcəyimizi göstərdikcə siyasi, diplomatik, iqtisadi və hərbi sahədə yeni əngəllərlə üzləşirik. Düşünürlər ki, bununla bizi qorxudacaqla. Bunu çox açıq şəkildə ifadə etmək istəyirəm “Biz heç vaxt geri addım atmayacağıq.Heç kim Türkiyəni təhdidlər və riyakar oyunlarla məğlub edə bilməz''.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN