“BMT-nin bizə müstəqil missiya verməsinə nail olduq.”

***

“Bildiyiniz kimi, Livandakı missiya zamanı biz Hindistan kontingentinin tərkibində tapşırığı yerinə yetirmişik. Hazırda ilk dəfə olaraq BMT-nin bizə müstəqil missiya verməsinə nail olduq. Biz bayrağımız altında missiyanı yerinə yetirməyə gedəcəyik. Bu, ən mühümüdür”.

TEZADLAR.AZ Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikasının müdafiə naziri Ruslan Jaksılıkov jurnalistlərə bildirib.

Xatırladaq ki, bir müddət əvvəl "Global Firepower” 2024-cü il üzrə dünyanın ən güclü ordularına malik ölkələrin siyahısını açıqlayıb.

“Global Firepower-2024” hərbi güc səviyyəsinə görə ölkələrin illik reytinqində Qazaxıstan Orta Asiya respublikaları  arasında ən güclü orduya sahib olan ölkə hesab edilib. Belə ki, ölkə 58-ci yerdə qərarlaşıb.

Hərbi personalının sayı 300 min nəfərə çatan Qazaxıstan ordusunun müdafiə xərcləri 7,5 milyard ABŞ dollarıdır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN