Çerkesskdə çoxuşaqlı ailələrə pulsuz torpaq sahələri verilib.

Bu barədə Qaraçay-Çərkəz respublikası paytaxtının meri məlumat verib.

Çerkessk səlahiyyətliləri çoxuşaqlı ailələri torpaq sahələri ilə təmin edib.

Qeyd edək ki, torpaq sahələri  həmin ailələrə təmənnasız şəkildə verilib, yəni heç bir ödəniş alınmadan.

“Bu ilin ilk mərasimi zamanı  üç və daha çox uşağı olan 30-a yaxın ailəyə şəhərin cənub-şərq hissəsində torpaq sahələrinin sənədləri təqdim olunub.

 2012-ci ildən bəri Çerkesskdə 815 çoxuşaqlı ailə fərdi mənzil tikintisi üçün torpaq sahələri alıb”, - deyə Qaraçay-Çərkəz respublikası paytaxtının meri Aleksey Baskaev vurğulayıb.

Bildiyimiz kimi, ailədə çoxlu sayda uşaq çox vaxt valideynlər üçün problemə çevrilir. Uşaqları ehtiyac duyduqları hər şeylə təmin etməyin maddi yükü çox böyük ola bilər.

Çoxuşaqlı ailələrə dəstək verməklə yanaşı, torpaq sahələrinin verilməsi təşəbbüsü ərazinin inkişafına təkan verir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN