Ağdamın Kəngərli, Xıdırlı, Sarıcalı və Baş Qərvənd kəndlərində genişmiqyaslı bərpa işləri aparılır.

TEZADLAR.AZ "Azərbaycan iqtisadiyyatı" teleqram kanalına istinadən xəbər verir ki, bunu Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı görüşdə çıxış edərkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

"Ağdam şəhərinin 2-ci yaşayış məhəlləsində 66 yaşayış binanın tikintisinə başlanılıb, 4-cü məhəllədə işlərə sentyabr ayında başlanılacaq. Füzuli rayonunda ikinci ağıllı kənd olan Dövlətyarlı kəndinin tikintisinə artıq başlanılır. Xocavənd rayonunun Tuğ kəndində və Hadrut qəsəbəsində, eləcə də Füzuli rayonunun 7 kəndində layihələndirmə işləri davam etdirilir", - E. Hüseynov qeyd edib.

Bildirilib ki, yeni təməli qoyulan 4 kəndlə birlikdə ümumilikdə Ağdam rayonu üzrə 11 kəndin qurulması istiqamətində işlər davam etdirilir

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN