Milli Hidrometeorologiya Xidmətinin avqustun 16-sı saat 16:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Göyçay, Zərdab, İmişli, Sabirabad, Lənkəran, Xaltan, Qusar, Şahdağ, Oğuz, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27°, Naxçıvan Muxtar Respublikasında 30°, Aran rayonlarında 28°, dağlıq rayonlarda isə 17°-dək isti olub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN