Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur.

TEZADLAR.AZ xəbər verir ki, bunu Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib.

“Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”.

G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN