Milli Hidrometeorologiya Xidmətinin TEZADLAR.AZ-a verdiyi məlumata əsasən, 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. 

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-13° isti, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacaq. 

Atmosfer təzyiqi  764 mm civə sütunundan 761 mm civə sütununa enəcək.  

Nisbi rütubət 60-70 % olacaq.


Tibbi-meteoroloji proqnoz

Yanvarın 07-də Abşeron yarımadasında  meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçünəsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında  Əsasən yağmursuz.  Bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  1° şaxtadan 4°-dək isti, gündüz  10-15°  isti, dağlarda gecə 2-7° şaxta, gündüz  3-8° isti olacaq.  

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN