Küləyin sürətinin 23-28 m/s-dək güclənəcəyi gözlənilir

Xəbərdarlıq

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə,

Bakıda və Abşeron yarımadasında

Fevralın 5-də arabir yağıntılı olacağı, şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.


Azərbaycanın rayonlarında

Fevralın 4-ü axşam qərb rayonlarından başlayaraq 06-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə  yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların əsasən Böyük Qafqazın Quba-Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən-Gədəbəy zonasında intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.

--

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN