Rusiyanın "Ural Airlines" aviaşirkəti Azərbaycana bütün reyslərin ləğvini daha bir ay uzatmaq qərarına gəlib.

Aviadaşıyıcının yaydığı məlumata görə, Azərbaycandan və Azərbaycana bütün reyslər aprelin 30-dək dayandırılıb.

Bundan əvvəl daşıyıcı Qazaxıstana uçuş proqramını ilkin olaraq martın 11-dən 31-dək, daha sonra isə aprelin 30-dək dayandırıb.

Rusiyanın cənub şəhərlərinə uçuşlar aprelin 1-dək təxirə salınıb, növbəti qərar Federal Hava Nəqliyyatı Agentliyinin əmrindən asılı olacaq.

Qeyd edək ki, Federal Hava Nəqliyyatı Agentliyi xaricdə təyyarələrin kütləvi həbsi fonunda Rusiya aviaşirkətlərinə beynəlxalq uçuşları dayandırmağı tövsiyə edib. Agentlik qeyd edib ki, məhdudiyyətlər təyyarələrin tutulması və ya saxlanılması riski olmayan aviaşirkətlərə şamil edilmir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN