Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən,

azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.
Müdafiə nazirliyinin məlumatına görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş modul tipli növbəti hərbi hissə istifadəyə verilib.

Kompleksdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Hərbi birlik komandiri general-mayor Hikmət Həsənov açılış münasibətilə Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.
Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

Qeyd edək ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan atəşə tutulur. Düşmən tərəfin açdığı atəş nəticəsində FHN-nin mayoru və bir əsgərimiz yaralanmışdır. Düşmən hərbçilərimiz tərəfindən cavab atəş ilə susdurulmuşdur. Ermənistan tərəfin sülh bəyanatının atəşkəs barədə olan bəndini pozmaq cəhdlərinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərimizdə artıq  infrastruktur layihələr icra edilməyə başlayıb, davamlı olaraq rayonlarımızın ərazisində, düşmənin gözü qarşısında müasir, hərtərəfli təchizatlı modul tipli hərbi hissələrimiz hərbçilərimizin istifadəsinə verilir. Yəqin ki, ordusu darmadağın olmuş, səfalət içində olan  düşmən tərəfə ən gözəl cavablardan biri də, məhz hərbçilərimizə dövlət tərəfindən göstərilən diqqət və qayğıdır. 

YASƏMƏN MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN