May ayında Özbəkistan paytaxtında keçirilməsi planlaşdırılan “JARA” Beynəlxalq Musiqi Festivalı təxirə salına bilər.

***

Mayın 20-21-də Daşkənddəki “Yeni Özbəkistan” parkında keçirilməsi planlaşdırılan “JARA” Beynəlxalq Musiqi Festivalının vaxtı dəyişdirilə bilər.

Bu barədə gazeta.uz-a konsertin təşkilatçıları məlumat verib və yaxın vaxtlarda daha ətraflı məlumat veriləcəyini bildiriblər.

 Qeyd edilir ki, martın 29-da özbəkistanlı bloger Mirzəyor Erkinov “Kremldən dəstək alan və Kremlə dəstək verən Z-artistlərin” iştirakı ilə keçiriləcək tədbiri boykot etməyə çağırıb.

31 mart tarixində - tədbirin boykot ediləcəyi ilə bağlı ilk yayımlanan xəbərin ardından iTicket bilet xidməti festivalın reallaşacağını açıqlamışdı. Lakin aprelin 3-dən etibarən festivalın xidmətdəki səhifəsi mövcud olmayıb. Gazeta.uz şərh üçün iTicket-ə müraciət edib. Əvvəlcə xidmət bunu “texniki iş” kimi izah etsə də, sonra mənbə səhifənin “konsertin mümkün ləğvi ilə əlaqədar müvəqqəti olaraq bağlandığını” qeyd edib. iTicket əlavə edib ki, bu halda biletləri geri qaytarmaq üçün şirkətin ofisi ilə və ya telefonla əlaqə saxlamaq lazımdır.

 Festivalın İnstaqram hesabı da bloklanıb. Konsertin təşkilatçıları bildiriblər ki, səhifə “çoxsaylı şikayətlərə görə” İnstaqramın özü tərəfindən bloklanıb. 

 Daha əvvəl Astanada bu festivalın boykot edildiyi bildirilir. Almatıda ləğv edildikdən sonra festival Daşkəndə köçürülür və burada HammAli & Navai, EMIN, Ani Lorak, Olqa Buzova, Dabro, Jasmin, Artik & Asti, KARNA.VAL, Vanya Dmitrienko, Vlade Kay, Mary Gu, Bahh Tee & Turken, Cosmos girls, Nyusha və başqalarının iştirakı ilə keçirilməsi planlaşdırılıb.

 Xatırladaq ki, Festival ilk dəfə 2016-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib. Və  ardıcıl olaraq bu festival 4 il Bakıda keçirilib. Daha sonra festival pandemiya səbəbindən Bakıda keçirilməyib. Təşkilatçısı isə bəstəkar-müğənni, Azərbaycanın xalq artisti (2018) Emin Ağalarovdur.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN