Azərbaycanın dövlət dilinə özünün doğma anasının dili kimi yanaşmayanlara hər yerdə rast gəlirik...
Bakıdakı şadlıq evləri və restoranların adlarına diqqət yetirmək bəs edır ki, nəticə çıxarmaq asan olsun... O dövlətin adları yoxdur ki, Bakıdakı restoran və kafelərə qoyulmasln... Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari Qəhrəmanlı isə, hətta əcnəbi və yad sözlərin SOCAR idarələrinə də sırıdıldığından yazıb. "Uzun illər öncə adı doğma dilimizdə səslənən, yazılan, dövlətimizin şirkəti -Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) qərb dillilərin xətrinə dönüb SOCAR (State Oil Company of Azerbaijan Republic) oldu. Dedilər, şirkətin loqosudur. Olsun. Lakin tezliklə ölkə daxilində də verilən əmr və sərəncamlarda, KİV-də və s. artıq ARDNŞ-yazılmadı, yaddan çıxdı. İndiki nəslin çoxu Azərbaycan dövlətinin bu şirkətinin adını öz doğma dilimizdə deyil, elə SOCAR kimi tanıyır. Xaricdə təhsil almış yeni komandanın gəlişindən sonra aparılan islahatlar zamanı daha yeni yad terminlər ortaya çıxmağa başladı : "Downstream" ( aşağı axın, şirkət strukturuna daxil olan bütün emal müəssisələrini özündə birləşdirib), "Midlestreem" (orta axın) və "Upstreem" (yuxarı axın). SOCAR-a aid olan çoxlu sayda müəssisələr bu uç mərhələni yerinə yetirməklə məṣĝuldur (hər mərhələyə 15-20 müəssisə daxildir)... İndi də "Azneft" strukturuna daxil olan müəssisələrdə "Gələcəyin Apstrimi” (Upstreem) transformasiya layihəsi rellaşdırılmağa başlanır. Artıq transformasiya planının hazırlanması mərhələsinə start verilib və 2-3 ay ərzində tamamlanması nəzərdə tutulur. Sonrakı mərhələdə pilot layihə müəssisələrin birində tətbiq olunmağa başlanacaq və dalğalı şəkildə digər müəssisələrə yayılacaq. Transformasiyanın tamamlanması və layihənin bütün müəssisələri əhatə etməsi təqribən iki il müddətində həyata keçiriləcək. Sonda yeni -yeni "Upstreem"lər, "Downstream", "Midlestreem" və s yaranacaq. Və tədricən "Aznef" İB dönüb olacaq hansısa streem! Yaxud, bəlkə o vaxtacan yüksək səlahiyyətli müşavir Azərbaycan dilini öyrənə bildi, amma...".
Bəli, ana dilimizə bu cürə yanaşanlar ən azı Ulu Öndər Heydər Əliyevin ana dilimiz-dövlət dilimizlə bağlı tarixi çıxışlarını dpnə-dönə dinləsələr, yaxşı olar... 70-80 il rus dilinin əsarətində boğulan Azırbaycan dili indi dı ingilislərin dilində əzilir və əriyir... 
Yazıq ana dilimiz! 
Asif Mərzili
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN