Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 91,93 faizi sayılıb.

Tezadlar.az CNN-TERK-ə istinadla bildirir ki, bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib. Onun sözlərinə görə, son məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan 49,49 faiz, Kamal Kılıçdaroğlu 44,79 faiz, Sinan Oğan isə 5,29 faiz səs yığıb. Məlumat üçün bildirək ki, Türkiyədə baş tutan seçkilərin son nəticələrinə görə, seçkilər ikinci tura keçə bilər. Belə ki, Prezidentliyə namizədlərdən heç biri 50% səs toplamasa, 28 mayda ikinci tur keçiriləcək.

O da var ki, səslərin sayılması prosesi davam edir və nəticələr hər dəqiqə dəyişir... 

Azərbaycanda da bu sekilərə ciddi nəzərlər var. Belə ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti Ərdoğanı yenidən prezident görmək istəyir. Bunu sosial şəbəkə və platformalardakı rəylər və şərhlər də təsdiqləyir... Yaşasın Türkiyə və demokratiya! Yaşasın Azərbaycan!

ELSEVƏR AZƏROĞLU

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN