Emin Mirzəli: "Astara şəhər 6 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Bayramovanın qanunsuzluqları ilə bağlı hazırda aşkara çıxanlar, əslində yeni deyil..."

"Gənc Alimlər" təşkilatının üzvü Emin Mirzəli mediaya yeni müsahibə verib. Müsahibənin, Astara təhsili və ümumilikdə ölkə təhsili üçün maraqlı fikirlər ehtiva etdiyini nəzərə alaraq təqdim edirik.

- Emin bəy, sonuncu dəfə mediaya 2 il öncə müsahibə vermişdiz. Astara və region təhsili barədə geniş danışacağıq, amma gəlin hazırda gündəmdə olan sertifikasiya ilə bağlı proqnozunuzu öyrənək. Şayiələrə görə sertifikasiya ləğv olacaq...

- Nazirlikdə çalışmasam da, ləğv olunmayacağını dəqiq deyə bilərəm. Çünki bu, ümumi bir planın, strategiyanın nəticəsidir. Yəni, məsələyə, müəllimlərin ixtisar edilməsi və ümumiyyətlə, dövlətdən maliyyələşənlərin azaldılması siyasətinin tərkib hissəsi kimi baxmaq lazımdır. Eynilə əlillərin sayı yarıbayarı azaldıldığı kimi, müəllimlərin də sayı, azı üçdə bir nisbətində azaldılacaq. Hətta həkimlərlə bağlı da eyni prosesi gözləyirik. Proses tamamlananda isə sözügedən nazirlər istefaya göndəriləcək.

- Bəs, hazırkı sertifikasiya təsnifatladırması ədalətlidirmi, sizcə?

- Təbii ki xeyr. Fikrimcə, sertifikasiya dərəcələrində, təsnifatlaşmada dəyişiklər olacaq. Yəni, təxmini olaraq, 30-39 bal yığan, məsələn, 20 faiz artım alacaq, 40-49 bal yığan 25 faiz, 50 bal yığan da hazırkı kimi, 35 faiz.

- Emin bəy, çalışdığınız “Gənc Alimlər” təşkilatı Astara təhsilində ciddi dəyişiklikləri və Təhsil müdiri Rəşad Həsənovun gedişini proqnozlaşdırmışdı. Proqnozunuz özünü doğrultdu...

- Bəli, astaralılar və mediamız şahiddir ki, biz hələ aylar öncəsindən, yəni “Regionallar” yaranmamışdan əvvəl, Astara təhsilində ciddi olaylar yaşanacağını, Rəşad Həsənovun qovulacağını və hətta həbs olunacağını demişdik. Gördüyünüz kimi, o öncə həbs olundu, sonra da biabırsızca təhsildən qovuldu.

- Bəs, sizcə, yeni strukturun formalaşması və Lənkəran-Astara Regional Təhsil İdarəsinin yaranması ilə Astara və ümumilikdə region təhsili üçün hansı müsbət dəyişiklər əlamətdar oldu?

- Əlimizdəki faktlar və müşahidələr göstərir ki, bəzi müsbət dəyişiklər olsa da, ümumilikdə region təhsili üçün durum kəskin dəyişməyib. Elə rayonumuzu götürək; Astarada təbii ki, artıq alimlərlə, ziyalılarla müharibədə olan, onları təhdid edən, saxta profillərdən onlara söyüş yazan bir Rəşad Həsənov siması, artıq yoxdur. Lakin, əvəzində, trollar vasitəsilə qruplarda tənqidçilərini sabotaj edən, yazılan şikayətləri ört-basdır etməyə çalışan bir Elxan Nəcəfov simasını qarşımızda görürük. Məsələn, bir nümunə deyim. Rabil Abdinov adlı əcaib bir trol tipi var. Nə zaman təhsillə bağlı qruplarda bir tənqid yazılsa, şikayət bildirilsə, dərhal cin vurmuş dəli kimi ortaya atılıb, şikayəti sabotaj etməyə, şikayətçini gözdən salmağa çalışır. Muzdlu, ya da muzdsuz fəaliyyət göstərən bu cür rəzil ünsürlər, əslində Elxan Nəcəfova kömək etməkdən çox, onu daha da gözdən salırlar. Çünki hamı cənub təhsilindəki böhranlı durumu birbaşa gözüylə görüb, yaşayır, bunu inkar etmək isə ikrah doğurur.

- Emin bəy, yeri gəlmişkən, kənardan baxanda Eıxan Nəcəfov əvvəllər sakit, başıaşağı bir profil cızırdı. Sonra isə birdən-birə qəribə bir açıqlama ilə çıxış edərək, kimlərisə məhkəmə ilə cəzalandırmağından bəhs etdi, ya da kimlərəsə xəbərdarlıq etdi...

Bəli, bu ilin əvvəlində Lənkəran-Astara Region Təhsil İdarəsi tərəfindən verilən açıqlama, gözlənilməz idi. O bəyanatda, guya quruma böhtan atan kiminsə, məhkəmə yoluyla cəzalandırılmağından bəhs olunurdu, lakin bunun, tənqidçilərə təhdid mesajı olduğu gün kimi aydın idi. Guya kimlərsə saxta profillərdən quruma böhtan atır, kimliyini gizlədirlər və s. Elxan bəy, savadlı adamdır, ən birinci o, bunu yaxşı bilməlidir ki, hansısa müəllim təhdidlərdən çəkinib, başqa adla və ya adsız olaraq, hansısa məktəbdə problemi gündəmə gətirirsə, yəni öz kimliyini açıqlaya bilmirsə, bu, elə Elxan Nəcəfovun böhranı, problemidir.

- Çox qəribədir ki, bu gün regionalın, hətta hansısa direktorun fəaliyyətini tənqid etmək Təhsil nazirini tənqid etməkdən daha çətindir...

- Eynilə! Təsəvvür edin, Astarada heç bir məktəbdə hansısa müəllim direktorun fəaliyyətini tənqid edə, çatışmazlıqlarını dilə gətirə bilmir. Edəndə, artıq direktor ona müharibə açır!

- Emin bəy, yer gəlmişkən, feysbuk qruplarında Astara 6 saylı məktəbdə baş verənlər gündəmə gəlməkdədir. Bunlar artıq medianın da gündəminə düşməkdədir. “Astaranın Gənc Alimləri” bu barədə nə düşünür?

- Astara şəhər 6 nömrəli tam orta məktəbdə direktor Ülviyyə Bayramovanın qanunsuzluqları ilə bağlı hazırda aşkara çıxanlar, əslində yeni deyil. Hələ 2020-ci ildə “Təhsil Araşdırmalar Mərkəzi”nin hesabatında, “zavuç” işləyərəkən onun hansı qanunsuzluqlara yol verdiyi yazılmışdı. Onunla əməkdaşlar söhbət aparmışdılar və o, şagirdin bullinq prosesində iştirak etdiyini etiraf etmişdi! Həmin səsyazını əldə etmişik və yaxın zamanlarda rəsmi olaraq mediaya təqdim edəcəyik. 

- Yeri gəlmişkən, Ülviyyə Bayramova hansısa “hami”lərinə güvənir. Konkret olaraq, deputat Etibar Əliyevin adı çəkilir. Astarada tədbirdə olarkən deputatın onu Elxan Nəcəfova tapşırdığı deyilir. Özü də hamının hüzurunda. Bir neçə gün öncə jurnalist həmkarımız feysbukda Etibar Əliyevə bu barədə sual verib, amma o, bunu qəti inkar edib. Qısa bir müddət sonra isə deputat söhbəti silib...

- Fikrimcə, media bu işin axırına qədər getməlidir! Əgər doğrudan da deputat belə bir direktora arxa çıxmırsa, nəyə görə sonradan yazışmanı silib?..

- Emin bəy, sonda Regional Təhsil müdiri Elxan Nəcəfova hansısa sözünüz var?

- Media vasitəsilə Elxan bəyə müraciət edirik; cənab Elxan Nəcəfov, zəhmət olmasa bizi, “Gənc Alimlər”i “Regional”a çağırın, gələk, üzbəüz faktları təqdim edək, aydınlaşdıraq. Əgər biz haqsızıqsa, onda birdəfəlik fəaliyyətimizi dayandırmağa hazırıq, yox əgər siz haqsızsızsa onda istefa verin, gedin. Onsuz da qanunsuzluqlar barədə dosyalar, enerji kimidir; itmir, sadəcə olaraq yer dəyişdirir, yəni zamanını gözləyir. Məsələn, bizə Astara təhsil sektorunun məsləhətçisi Elçin Mirzəzadə barədə konkret cinayət dosyaları göndərilib. Sakinlər bizdən tələb edir ki, onun işinə baxaq. Hətta, şəbəkələrdə yayılan videolardan da görünür ki, sakinlər artıq özləri bu adamın cəzasını verməyə qalxırlar. Namus məsələsində görə onun döyülmə videosundan hər kəs xəbərdardır. Onlar deyirlər ki, Elxan bəy bizə bu adamı savadına görə işdə saxladığını söyləyir. Hansı ki, bu adamda nə varsa da dəqiq savad yoxdur. Elxan bəy, görəsən, savadı hansı meyarla ölçür... Bu adamın profilinə baxanda, azərbaycan dilində yaza bilmədiyi açıqca görünür...

Bir sözlə, Elxab Nəcəfov düşünür ki, heç kim onun əməllərini görmür, lakin yanılır. Biz “yığırıq” və zamanı gözləyirik.

- Emin bəy, Elxan bəylə bağlı proqnozunuz nədir?

- Proqnozum budur ki, yaxın zamanda Elxan bəy, ya dramatik şəkildə ifşa olacaq ya da istefa veməyə məcbur qalacaq. Nəticədə, özü istefa verməsə də, məcburən çıxardacaqlar! Yaşayarıq görərik.

REDAKSİYADAN: Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN