"Məhərrəm ayı bu il 19 iyulda başlayacaq. Aşura isə Məhərrəm ayının 10-cu gününə, yəni 28 İyul tarixinə təsadüf edəcək".

Bu barədə Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov məlumat verib. Şeyx qeyd edib ki, məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitəcək: "Məhərrəm ayı və onuncu günü olan Aşura hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi olan Cənnət cavanlarının ağası Həzrət İmam Hüseyn (ə) və onunla birgə ailəsi və vəfalı Əhli-Beyt tərəfdarları Kərbəla çölündə amansızcasına susuz şəhid edilmiş, ailələri əsir alınmış məşəqqətlərə məruz qalmışdır. Bununla yanaşı, İmamın (ə) dinin yaşaması və haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı və məhərrəmlik məktəbi ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, dini dəyərlər, haqq və ədalət uğrunda müdafiəyə qalıxmaq və dəyərlər uğrunda fədakarlıq örnəyidir".

 R. İgidov məclislərdə diqqət olunası tövsiyələri də qeyd edib: "Bölgələrdə və xüsusi ilə şəhər və rayonlarda təziyə məclisləri keçirilərkən ictimai asayişə mane olunmamalıdır. Din xadimləri və mərsiyəxanlar İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini tarixi faktlara əsaslanaraq düzgün çatdırmalı, xurafatdan uzaq olmalıdırlar. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara da riayət olunmalıdır. Qurşağadək soyunmaqla zəncir vurmaq düzgün hesab olunmur. Yaxşı olar ki, Aşura günü ehtiyacı olan xəstələr üçün İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları təşkil olunsun. Belə aksiyalar cəmiyyət tərəfindən də müsbət qarşılanmaqdadır", - deyə Hacı Ramin İgidov bildirib.

Məhərrəm ayı tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, sözügedən aylarda müharibələr və münaqişlər də dayandırılıb. Lakin hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN