Bahar ƏŞ-nin işçiləri!

Əmək haqqınızı daim gecikdirən, ölkəmizin əmək qanunvericiliyinə hörmətsizlik edən, onu saymayan Con Harkinsi məhkəməyə verin! Təşkilatımız məhkəmədə sizə yardımçı ola bilər!

Bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki,  "Bahar Enerji” Əməliyyat Şirkətinin işçiləri uzun illərdir maaşlarını gecikdirən rəhbərlikdən narazıdırlar. Şirkətin 700-ə yaxın işçisi var idi.

Mətbuatda gedən məlumatlara görə, şirkətin rəhbəri - Bahar ƏŞ prezidenti Con Harkinsin Amerikada yaşayır və hər ay 35 min dollar maaş alır.

Xatırladaq ki, "Bahar Enerji” ƏŞ, ARDNŞ və "Bahar Enerji Limited” arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Energy Ltd şirkətinin təsisçisi və əsas payçısı (80%) Greenfields Petroleum və iştirak payı 20%-olan SOCAR –dır.

 ***

...Və hüquq müdafiəçisinin müraciətindən belə görünür ki, uzun illərdir şirkətdən narazı qalan işçilərin problemləri hələ də çözülməyib və xanım Qəhrəmanlı bu mənada neftçilərə kömək əli uzatmaq istəyir. 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN