Tanrı hər bir millətə tarix boyu çox az sayda qəhrəman göndərir. Fikir verin, bütün dünya tarixini araşdırsaq görərik ki, onların kitablarında qəhrəman adları bəzi yerlərdə çəkilir. Lakin Azərbaycan tarixinə nəzər salsaq, hər bir səhifəsində neçə-neçə qəhrəman adı görmək olar...

Şah İsmayıl Xətai dəfn edilən zaman şəhər üzərində qəflətən bir topa göyərçin göründü və onlar qanadları ilə məzar üzərində kölgə salmağa gəlmiş idilər... Sonra bu göyərçinlər dəstə ilə də səmaya qalxıb yoxa çıxdılar....

Şah İsmayıl vətəni o qədər sevirdi ki, torpaq da, səma da, su da, hava da ona ağlayırdı...

Eyni tarixi hadisəni biz əfsanəvi Fred Asifin dəfn mərasimində rast gəlmişik... Mən dəfndə olmamışam, ancaq bu kadrlar o dəfndən çəkilib... Eyni hadisə....

Bu onu göstərir ki, vətəni sevəni Allah da sevir... Torpaq da sevir, su da sevir, od da sevir, hava da sevir...

Fred sözünün bir mənası Sülh deməkdir. Asifin özü də sülh adamı idi... İstədiyi nə idi ? Qan tökülməsin, insanlar ölməsin, torpaq işğalda qalmasın... Ona görə də hər dəfə düşmən tərəfə raket, top zərbəsi atılan zaman əlini göyə qaldırıb "Ya Allah, bu raketlər qadına, uşağa, yaşlıya bir ziyan eləməsin", - deyə dua edərdi...

Fred Asif qadını, uşağı, yaşlı insanı, dinc sakini əsir götürməyi qadağan etmişdi... O deyirdi "bizim davamız kişi ilədir, onların nə günahı var"...

20230726_143859

Fred belə qəhrəman idi... Dünya tarixində yeganə adam idi ki, iki Prezident ona Milli Qəhrəman adı verəndə imtina etmiş idi "torpağım işğalda ola-ola mən sinəmə orden, medal taxıb özümə qəhrəman deyə bilmərəm" cavabını vermişdi...

Yüzlərlə həyat xilas etmişdi... Həm azərbaycanlılardan, həm də ermənilərdən... Erməni qadını, uşağı və yaşlısı ələ keçən zaman onları azad edirdi. Bu, Aqil Abbasın "Dolu" əsərində də belə qeyd edilib, əsərin baş qəhrəmanı Drakon indi də sağdır.

Elməddin Sərdar, Qarabağ qazisi, Fredin əsgəri, Fredin qohumu... Əfsanəvi Drakon...

Fred Asifin hər əsgəri belə idi... Düşmənə amansız, yaşlı, qadın və uşağa qarşı mərhəmətli Fred Asif elə-belə insan deyildi... Onu Tanrı göndərmişdi Azərbaycana, Qarabağa, Ağdama... Tanrı onu necə təmiz ruhlu insan kimi göndərmişdi, o cürə də geri aldı... Dəfn kadrlarında bu, bir daha təsdiqini tapır.

Bu gün Fred Asifin ad günüdür... Tanrının bizim xalqa bəxş etdiyi gündür.

Ruhun şad olsun, Komandir...

Sənə söz verdiyim kimi, Ağdamı, Qarabağı kitablarda gələcək nəsillərə çatdırıram.

Sənin əsgərin Zaur Əliyev,

dosent

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN